Modern.az

AFFA “Qəbələ” - “Qarabağ”ın futbolçularını CƏZALANDIRDI

AFFA “Qəbələ” - “Qarabağ”ın futbolçularını CƏZALANDIRDI

İdman

1 Fevral 2024, 13:54

AFFA U-16 Liqasında keçirilmiş “Qəbələ” – “Qarabağ” matçında futbolçular arasında dava düşüb.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib.

 

Meydan sahiblərindən Rəvan Poladlı və Əfqan Əliyev, Ağdam klubundan isə Rəşid Tariverdiyev ilə Abdulaziz Cabbarlı 57-ci dəqiqədə rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Onların hər biri qarşıdakı 4 matçı buraxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi