Modern.az

“Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəlir AÇIQLANDI

“Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəlir AÇIQLANDI

9 Fevral 2024, 11:04

"Qarabağ"ın 2022/2023-cü illər mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.

 

Modern.az UEFA-nın hesabatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ümumilikdə 13 198 000 avro qazanıb.

 

Bu məbləğin 5 046 000 avrosu Çempionlar Liqasının təsnifat mərhələlərində, 7 844 000 avrosu Avropa Liqasının qrup mərhələsində, 308 000 avrosu isə Konfrans Liqasının pley-off mərhələsindəki çıxışına görə kluba ödənilib.

 

Buraya iştirak haqqı, performans bonusu, əmsala və pley-offa vəsiqəyə görə ödənilən vəsait, eləcə də reklam gəlirləri daxildir.

 

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna penaltilər seriyasında uduzaraq avrokuboklarda mübarizəni dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi