Modern.az

Yarımfinala vəsiqə qazanan sonuncu komanda

Yarımfinala vəsiqə qazanan sonuncu komanda

İdman

9 Fevral 2024, 21:34

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, günün son oyununda “Neftçi” doğma meydanda "Sumqayıt"ı qəbul edib. "Neftçi Arena"da reallaşan görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 26-cı dəqiqədə Filip Ozobiç açıb. Qonaqların heyətində isə 39-cu dəqiqədə Roi Kehat fərqlənib.

 

İlk görüşdə 3:2 hesabı ilə qalib gələn "ağ-qaralar" yarımfinala vəsiqə qazanıb. Paytaxt klubunun bu mərhələdəki rəqibi "Qarabağ" olacaq.

 

Günün digər matçında isə "Qəbələ" "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Elmar Baxşıyevin komandası bu raundda "Zirə" ilə qarşılaşacaq

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi