Modern.az

Asiya kubokunun qalibi məlum oldu 

Asiya kubokunun qalibi məlum oldu 

İdman

10 Fevral 2024, 21:43

Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

 

Modern.az xəbər verir ki, həlledici matçda İordaniya və Qətər yığmaları üz-üzə gəliblər. Gərgin keçən görüş qətərlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 22-ci dəqiqədə Qətər seçməsinin heyətində penaltidən Əkrəm Afif açıb. İordaniya yığması 67-ci dəqiqədə Yazan Əl-Naimat ilə tablodakı rəqəmləri bərabərləşdirsə də, 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi