Modern.az

“Qarabağ”ın oyununda qalib müəyyənləşmədi

“Qarabağ”ın oyununda qalib müəyyənləşmədi

İdman

11 Fevral 2024, 21:27

Fevralın 11-də Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

 

Modern.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş bol qollu heç-heçə ilə yekunlaşıb - 3:3.

 

Hesabı 31-ci dəqiqədə meydan sahiblərinin heyətində penaltidən Marko Yankoviç açıb. “Tələbələr” 45+1-ci və 54-cü dəqiqələrdə İshak Belfodilin penaltiləri ilə tablodakı rəqəmləri öz xeyirlərinə dəyişiblər. 64-cü dəqiqədə Olavio Juninyo növbəti penalti ilə hesabı bərabərləşdirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə baxımlı qolla komandasını önə keçirsə də, iki dəqiqə sonra Yassin Benzia matçın yekun nəticəsini müəyyənləşdirib.

 

Bu nəticələrdən sonra xallarını 51-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 27 xalla beşinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi