Modern.az

Bizi “Qarabağ”la çox vacib və çətin oyun gözləyir - Baş məşqçi

Bizi “Qarabağ”la çox vacib və çətin oyun gözləyir - Baş məşqçi

12 Fevral 2024, 13:40

“Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Başımızı dik tutmalıyıq. İndi təəssüflənmək vaxtı deyil”. 

 

Modern.az xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXI turunda səfərdə “Sportinq”ə 0:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

52 yaşlı mütəxəssis bildirib ki, artıq UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyuna köklənmək lazımdır: “Çox çətin qarşılaşma olacaq. Ona görə də “Sportinq”lə matçı unutmalı, səhvlərdən nəticə çıxarmalı və irəliyə baxmalıyıq”.

 

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi