Modern.az

"Qarabağ"ın oyununa 15 min bilet satılıb 

İdman

12 Fevral 2024, 18:07

Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

 

Ağdam təmsilçisindən Modern.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya indiyədək 15 min bilet satılıb.

 

Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır.

 

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi