Modern.az

\"Turan Tovuz\" \"Qəbələ\"ni məğlub etdi

\

13 Fevral 2024, 16:14

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinin qollarını 43-cü dəqiqədə Aleks Souza və 53-cü dəqiqədə Ayxan Hüseynov vurublar. Qonaqların heyətində isə 77-ci dəqiqədə Bilel Auaşeriya fərqlənib.

 

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Turan Tovuz" 6-cı pilləyə yüksəlib. 15 xala malik "qırmızı-qaralar" sonuncudur.

 

Qeyd edək ki, bu gün "Zirə" - "Sumqayıt" və "Araz-Naxçıvan" - "Neftçi" matçları da keçiriləcək. Turun əvvəlki görüşlərində "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada