Modern.az

“Qarabağ” Portuqaliyaya yola düşdü

“Qarabağ” Portuqaliyaya yola düşdü

İdman

13 Fevral 2024, 17:34

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə səfər oyunu üçün Portuqaliyaya yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisinin sosial şəbəkə hesablarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından fotolar paylaşılıb və komandanın Portuqaliyaya səfər etdiyi bildirilib.

 

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 

 



Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada