Modern.az

"Zirə" - "Sumqayıt" oyunu qolsuz başa çatdı 

İdman

13 Fevral 2024, 20:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.

 

Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisi 35 xalla 2-ci, paytaxt klubu isə 32 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

 

Tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

 

Qeyd edək ki, XXII turun açılış matçında “Qarabağ” “Sabah”la məhsuldar heç-heçə edib – 3:3. Digər görüşlərdə “Səbail” “Kəpəz”ə 4:1, “Turan Tovuz” isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi