Modern.az

Üç qadın güləşçimiz mübarizəyə başlayır

Üç qadın güləşçimiz mübarizəyə başlayır

İdman

15 Fevral 2024, 10:55

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq.

 

Modern.az xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram) və Elis Manolova (65 kiloqram) təsnifat mərhələsində müvafiq olaraq, macarıstanlı Erika Boqnar və yunanıstanlı Nikoleta Barmpa ilə qarşılaşacaqlar.

 

Birgül Soltanova (62 kiloqram) isə 1/8 finalda norveçli Qreys Bulleni sınağa çəkəcək.

 

Bu gün həmçinin qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının iki üzvü qızıl medal görüşünə çıxacaq. Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhanla, Alyona Kolesnik (59 kiloqram) isə ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

 

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

 

Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 25 güləşçi ilə təmsil olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi