Modern.az

Portuqaliyada tarix yazan \"Qarabağ\" Vətənə döndü

Portuqaliyada tarix yazan \

16 Fevral 2024, 13:18

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” klubunu 4:2 hesabı ilə məğlub edən “Qarabağ” Vətənə qayıdıb.

 

Modern.az xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

 

İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən Ağdam klubunun qollarını Marko Yankoviç, Abdullah Zubir (2) və Olavio Juninyo vurublar.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi