Modern.az

“Braqa”nın prezidenti komandasını tənqid etdi

“Braqa”nın prezidenti komandasını tənqid etdi

İdman

17 Fevral 2024, 12:16

Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, futbol funksioneri Braqadakı oyunun ardından komandanın paltardəyişmə otağına yollanıb.

 

Klub prezidenti orada yüksək səslə futbolçuları tənqid edib, onlara sərt mesajlar verib. Komandanın sərgilədiyi oyundan narazılığını dilə gətirən Solvador, Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə qarşılarına qələbə tələbi qoyub.

 

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi