Modern.az

"Səbail"in oyununda qalib müəyyənləşmədi

İdman

17 Fevral 2024, 20:49

Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında "Səbail" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da reallaşan qarşılaşma qollu sülhə yekunlaşıb - 2:2.

 

Hesabı 13-cü dəqiqədə meydan sahiblərinin heyətində Aleksandr Ramalinqom açıb. 31-ci və 35-ci dəqiqələrdə Orxan Əliyev dubl etməklə komandasını önə keçirsə də, 61-ci dəqiqədə Aleksandr Ramalinqom növbəti qola imza ataraq, matçın yekun nəticəsini müəyyənləşdirib.

 

Turun açılış oyununda "Sabah" doğma meydanda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.

 

Bu nəticədən sonra aktivlərində 31 xal olan "Araz-Naxçıvan" və "Səbail” beşinci və altıncı yerləri bölüşürlər. Turnir cədvəlinə 51 xalla "Qarabağ" başçılıq edir.

 

Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi