Modern.az

Ronaldo \"Əl-Nəsr\"də növbəti qolunu vurdu

Ronaldo \

18 Fevral 2024, 11:55

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Əl-Nəsr"də növbəti qolunu vurub.

 

Modern.az xəbər verir ki, o,  Səudiyyə Ərəbistanının Pro Liqasının 20-ci turunda "Əl-Fateh"ə qarşı matçda fərqlənib. Görüş "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo oyunda 17-ci dəqiqədə hesabı açıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının 20 turundan sonra "Əl-Nəsr"in 49 xalla 2-ci, "Əl-Fateh" 29 xalla 7-cidir. Turnir cədvəlinə 53 xalla (19 oyun) "Əl-Hilal" başçılıq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi