Modern.az

Daha 4 güləşçimiz Avropada medal qazandılar

Daha 4 güləşçimiz Avropada medal qazandılar

İdman

18 Fevral 2024, 22:31

Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

 

Azərbaycan millisi Avropa çempionatında indiyədək ümumilikdə 12 medal qazanıb. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) birinci, Rəşad Məmmədov (55 kiloqram), Ülvi Qənizadə (72 kiloqram) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutublar. Qadın güləşçilərdən Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib. Sərbəst güləşçilər arasında isə Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) bürünc medal əldə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi