Modern.az

Şahmat Federasiyasının prezidenti AFFA-dan ayrılır

Şahmat Federasiyasının prezidenti AFFA-dan ayrılır

İdman

19 Fevral 2024, 15:56

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib.

 

Qurum rəhbəri AFFA-nın İcraiyyə Komitəsinin yeni heyətində yer almaq istəmədiyini bildirib: “AŞF-nin qarşısında duran mühüm işləri və istedadlı şahmatçılarımızın günü-gündən artdığını nəzərə alaraq, bütün fikrimi şahmata yönəltmək fikrindəyəm. İcraiyyə Komitəsinin heyətinin kimlərdən ibarət olacağı dəqiq deyil. Amma mən birmənalı olaraq getmək istəyirəm”.

 

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçiriləcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi