Modern.az

Əliyar Ağayev Konfrans Liqası oyununa TƏYİNAT ALDI

Əliyar Ağayev Konfrans Liqası oyununa TƏYİNAT ALDI

İdman

19 Fevral 2024, 16:28

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

 

Modern.az-ın məlumata görə, 36 yaşlı hakim Bolqarıstanda yerli “Ludoqorets” və İsveçrənin “Servett” klubları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.

 

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

 

Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi