Modern.az

“Qarabağ”ı məğlub edəcəyimizə inanırıq -  Joze Fonte

“Qarabağ”ı məğlub edəcəyimizə inanırıq -  Joze Fonte

19 Fevral 2024, 19:50

“Növbəti oyunlarda özünəinamı qaytarmaq baxımından bu qələbə çox vacib idi”.

 

Modern.az xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Joze Fonte Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

41 yaşlı müdafiəçi bu matçda qazanılan qalibiyyətin gələcək oyunlar üçün stimul olduğunu bildirib: “İstəyimiz son zamanlar əldə olunan uğursuz nəticələrdən sonra azarkeşləri sevindirmək idi. Əlbəttə, heç kim məğlub olmaq istəmir. Bütün oyunlarda qələbə qazanmaq da mümkün deyil”.

 

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşünə də toxunan təcrübəli oyunçu əlavə edib: “Növbəti mərhələyə vəsiqə qazanmaq üçün qarşımızda çətin vəzifə var. Ancaq “Qarabağ”ı məğlub edəcəyimizə və mərhələ adlayacağımıza inanırıq. Bütün diqqətimizi bu oyuna yönəltmişik”.

 

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi