Modern.az

Almaniya millisinin əfsanəvi futbolçusu vəfat etedi

Almaniya millisinin əfsanəvi futbolçusu vəfat etedi

İdman

20 Fevral 2024, 14:02

Almaniya millisinin sabiq futbolçusu Andreas Brehme 64 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, veteran müdafiəçinin ölümünə ürəktutması səbəb olub.

 

Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Andreas Brehme 1990-cı il dünya çempionatının finalında Argentina seçməsinin qapısına vurulmuş yeganə qolun müəllifi olub. Həmin görüşdə Bundestim 1:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. A.Brehme karyerası ərzində ölkəsinin “Bavariya” və “Kayzerslautern”, İtaliyanın “İnter” və İspaniyanın “Saraqosa” klublarında da çıxış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi