Modern.az

Əliyar Ağayevin idarəçiliyinə fransalı hakim qiymət verəcək

Əliyar Ağayevin idarəçiliyinə fransalı hakim qiymət verəcək

İdman

20 Fevral 2024, 10:50

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) oyununun digər təyinatları müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, cavab qarşılaşmasının VAR hakimi Türkiyədən olan Alper Ulusoydur.

 

Onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Matçın hakim-inspektoru funksiyasını isə Fredi Fautrel (Fransa) yerinə yetirəcək.

 

Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi