Modern.az

“Braqa”nın “Qarabağ”la cavab oyunu üçün Bakıya gətirəcəyi heyət AÇIQLANDI

“Braqa”nın “Qarabağ”la cavab oyunu üçün Bakıya gətirəcəyi heyət AÇIQLANDI

İdman

20 Fevral 2024, 18:00

Portuqaliyanın “Braqa” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün heyəti məlum olub.

 

Modern.az klubun rəsmi istinadən xəbər verir ki, Braqa şəhərinin eyniadlı təmsilçisi Bakıya 23 futbolçu səfər edəcək. İlk oyunda zədə səbəbindən meydanda olmayan Brumanın adı siyahıya salınıb.

 

Komandanın kapitanı Rikardu Ortanın isə ikinci görüşdə də iştirak etməyəcəyi dəqiqləşib.

 

Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek

 

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendes, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa

 

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare

 

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rojer Fernandeş, Simon Banza.

 

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi