Modern.az

Ümid edirəm ki, Dünya Kubokunda çıxışım uğurlu alınacaq

Ümid edirəm ki, Dünya Kubokunda çıxışım uğurlu alınacaq

İdman

20 Fevral 2024, 19:23

“Bakıdakı yarışa çox yaxşı hazırlaşmışam”.

 

Modern.az xəbər verir ki, bu sözləri batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin Bakıda keçiriləcək Dünya Kubokuna hazırlıq barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

 

İkiqat dünya və Avropa çempionu hərəkətlər üzərində yaxşı işlədiyini bildirib: “Bu yarış Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatından sonrakı ilk turnirim olacaq. İki dəfə Dünya Kubokunda iştirak etmişəm. Ümid edirəm ki, bu dəfə də çıxışım uğurlu alınacaq”.

 

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 23-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi