Modern.az

AFFA “Sumqayıt”ı cəzalandırdı

AFFA “Sumqayıt”ı cəzalandırdı

İdman

21 Fevral 2024, 15:16

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

 

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turun oyunlarında baş verənlər müzakirə olunub. “Sabah” – “Kəpəz” görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.

 

“Sumqayıt” – “Turan Tovuz” qarşılaşmasında meydançaya kənar şəxs daxil olduğuna görə “Gənclik şəhəri” təmsilçisi 800 manat cərimələnib. Matçın 2-ci hissəsi “Sumqayıt” meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün klub 1500 manat ziyana düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi