Modern.az

“Qarabağ” “Liverpul”u qabaqladı - FOTO

“Qarabağ” “Liverpul”u qabaqladı - FOTO

21 Fevral 2024, 17:50

UEFA Avropa Liqasında mübarizəni davam etdirən komandaların məğlubiyyətsiz oyunlar seriyasına görə reytinqi açıqlanıb.

 

Modern.az xəbər verir ki, qitə futbol qurumunun tərtib etdiyi siyahı klubların daxili çempionatda və Avropa Liqasında ümumilikdə keçirdiyi son 5 matçın nəticələrinə əsasən hazırlanıb.

 

“Onluq”da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb. Son beş qarşılaşmanın dördündə qələbə qazanıb birində heç-heçə edən Ağdam təmsilçisi Portuqaliyanın “Benfika”, Çexiyanın “Slaviya” (Praqa) və Almaniyanın “Bayer” klubları ilə birlikdə 5-8-ci yerləri bölüşdürür.

 

Reytinqə maksimum nəticə ilə Portuqaliyanın “Sportinq”, İtaliyanın “Atalanta”, Şotlandiyanın “Reyncers” və Türkiyənin “Qalatasaray” komandaları başçılıq edir. Son iki pillədə isə İngiltərədən “Liverpul” və Çexiyadan “Sparta” (hər ikisi 4 qələbə, 1 məğlubiyyət) qərarlaşıb.

 

Qeyd edək ki, “Qarabağ” fevralın 22-də Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Portuqaliyanın “Braqa” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN: Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb