Modern.az

“Qarabağ” bu gün yenidən tarix yaza bilər

“Qarabağ” bu gün yenidən tarix yaza bilər

İdman

22 Fevral 2024, 09:20

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən Ağdamın "Qarabağ" klubu  Bakıda Portuqaliya "Braqa"sını qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

 

Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan "Qarabağ"ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var.

 

"Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidir.


Azərbaycan klubuna isə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.


22 fevral
 

UEFA Avropa Liqası
 

Pley-off mərhələsinin cavab oyunu
 

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) 

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 

İlk oyun - 4:2

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi