Modern.az

“Qarabağ” - “Braqa” oyununa bütün biletlər satılıb

“Qarabağ” - “Braqa” oyununa bütün biletlər satılıb

İdman

22 Fevral 2024, 14:12

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.

 

Qeyd edək ki, bu gün reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi