Modern.az

Konfrans Liqasının 1/8 finalına vəsiqə qazanan komandalar

Konfrans Liqasının 1/8 finalına vəsiqə qazanan komandalar

İdman

23 Fevral 2024, 07:52

UEFA Konfrans Liqasında pley-off mərhələsi başa çatıb.

 

Modern.az xəbər verir ki, cavab oyunlarından sonra 1/8 finala vəsiqə qazanan daha 7 komanda bəlli olub.

 

Beləliklə, İsrailin "Makkabi" (Hayfa) komandasından sonra İsveçrənin "Servett", Xorvatiyanın "Dinamo" (Zaqreb), Niderlandın "Ayaks", Avstriyanın "Şturm", Norveçin "Molde", Yunanıstanın "Olimpiakos" və Belçikanın "Union" klubları növbəti raunda adlayıblar.

 

Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl İngiltərənin "Aston Villa", Belçikanın "Brügge", Türkiyənin "Fənərbağça", İtaliyanın "Fiorentina", Fransanın "Lill", İsrailin "Makkabi" (Təl-Əviv), Yunanıstanın PAOK və Çexiyanın "Viktoriya" (Plzen) komandaları qrup lideri kimi 1/8 finala birbaşa vəsiqə əldə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi