Modern.az

Dərslərini orta səviyyədə oxuyurdu - Nərimanın müəllimi

Dərslərini orta səviyyədə oxuyurdu - Nərimanın müəllimi

İdman

23 Fevral 2024, 15:28

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıraraq tarixi uğura imza atıb. Belə ki, komanda Nəriman Axundzadənin 120+2-ci dəqiqədəki qolu ilə sözügedən tarixi nəticəni əldə edib.

 

Modern.az xəbər verir ki, tarixi qələbə qazanan Nəriman Axundzadənin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Mirzəyeva şagirdi ilə bağlı AzEdu.az-a təəssüratlarını bölüşüb:

 

“Nəriman Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbin 5-ci sinifində təhsil alıb. Lakin o, 8-ci sinfə qədər təhsil aldıqdan sonra bu məktəbdən çıxdı. O, daha çox humanitar deyil, riyazi fənlərə meyilli idi. Özü son dərəcə məsuliyyətli, ağıllı, tərbiyəli uşaq olub. Dərsdə belə idmana meyilli olduğunu hiss edirdik. 

 

Sinif yoldaşları ilə münasibəti yaxşı olub. Məktəbdə ona hər zaman hörmət var idi və bu da qarşlıqlı olub. Müəllimlərinə qarşı həmişə intizamlı davranıb, dərsə davamiyyəti isə yüksək səviyyədə idi. Hər birimiz onu yaxşı uşaq kimi xatırlayırıq. Özünü yoldaşlarına da sevdirib.

 

İstər müəllimləri, istərsə də sinif yoldaşları hər birimiz onun futbola olan marağını bilirdik. Bu sahəni çox sevdiyini bizə hər zaman hiss etdirib.

 

İstər tənəffüs vaxtı, istər sinif otaqlarında, istərsə də məktəb həyətində hər yerdə özünü nümunəvi şagird kimi aparıb. Dərslərini orta səviyyədə oxuyurdu”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN: Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb