Modern.az

Konfrans Liqasının püşkü atıldı - “Fənərbağça”nın rəqibi məlum oldu

Konfrans Liqasının püşkü atıldı - “Fənərbağça”nın rəqibi məlum oldu

İdman

23 Fevral 2024, 16:04

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

 

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu 1/8 finalda PAOK-la qarşılaşacaq.

 

Türkiyə təmsilçisi “Fənərbağça” isə Belçikanın “Union” komandasına rəqib olub.

 

UEFA Avropa Liqası

1/8 final cütləri

 

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)

“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)

“Molde” (Norveç) - “Brügge” (Belçika)

“Union” (Belçika) - “Fənərbağça” (Türkiyə)

“Dinamo” Zaqreb (Xorvatiya) - PAOK (Yunanıstan)

“Şturm” (Avstriya) – “Lill” (Fransa)

“Makkabi” Hayfa (İsrail) - “Fiorentina” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) - “Makkabi” Təl-Əviv, (İsrail)

 

Qeyd edək ki, Konfrans Liqasında 1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi