Modern.az

“Qarabağ”a çox ciddi yanaşmalıyıq - “Bayer”in icraçı direktoru

“Qarabağ”a çox ciddi yanaşmalıyıq - “Bayer”in icraçı direktoru

İdman

23 Fevral 2024, 17:32

Bizi uzun səfər gözləyir. Amma biz 1/8 final mərhələsini səbirsizliklə gözləyirik.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın "Bayer” klubunun icraçı direktoru Fernando Karro deyib.

 

59 yaşlı futbol funksioneri Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasına münasibət bildirib. O, qrup mərhələsində olduğu kimi yenidən rəqib olduqları "Qarabağ”la qarşıdakı duellərə toxunub: “Bizim “Qarabağ” və onun rəsmi şəxsləri ilə çox yaxşı, sıx münasibətlərimiz var. “Qarabağ” “Braqa”ya qarşı pley-offu yaxşı keçirdi. Biz bu komandaya çox ciddi yanaşmalıyıq. Oyunlarımıza həmişəki kimi köklənməliyik”.

 

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında oyunlar martın 7-də və 14-də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi