Modern.az

"Qarabağ"ın növbəti qələbəsi

İdman

25 Fevral 2024, 21:29

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, bağlanış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qolları 52-ci dəqiqədə Adama Diakabi və 83-cü dəqiqədə Yassin Benzia vurublar.

 

Bu nəticədən sonra xallarını 54-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Köhlən atlar”ın ən yaxın izləyicisi “Sumqayıt” isə 36 xalla ikincidir.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”yə 2:1, “Səbail” “Sabah”a 2:0, “Zirə” “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib, “Neftçi” isə “Turan Tovuz”la heç-heçə edib - 1:1.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi