Modern.az

“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşdi

“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşdi

25 Fevral 2024, 22:04

“Qəbələ” komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyin edilib. 55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.

 

Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-1986, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-2002), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-2004), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-1996), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-1998) milli komandalarının formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

 

Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-2014) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-2002-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

 

Onun rəhbərlik etdiyi komandalar 2004-2005-ci və 2005-2006-cı illər mövsümlərində Gürcüstan, 2009-2010-cü illər mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.

 

Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-2015-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı