Modern.az

“Liverpul” Liqa Kubokunun qalibi oldu

“Liverpul” Liqa Kubokunun qalibi oldu

26 Fevral 2024, 00:20

İngiltərə Liqa Kubokunun qalibi məlum olub.

 

Modern.az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" komandaları üz-üzə gəliblər.

 

Əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşan matçın qalibi əlavə dəqiqələrdə müəyyənləşib. Görüşün 118-ci dəqiqəsində Mersisayd təmsilçisinə kuboku gətirən qolu Vircil Van Deyk vurub.

 

Bununla da "Liverpul" komandası tarixində 10-cu dəfə Liqa Kubokunun sahibi olub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu