Modern.az

Messi komandasını məğlubiyyətdən xilas etdi

Messi komandasını məğlubiyyətdən xilas etdi

İdman

26 Fevral 2024, 10:08

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" MLS-də 2-ci tur oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, komanda səfərdə "Los Anceles Qelaksi" ilə qarşılaşıb.

 

Oyunda hesabı 12-ci dəqiqədə ev sahiblərinin futbolçusu Riki Puç açıb. 90+2-ci dəqiqədə isə Lionel Messi komandasını məğlubiyyətdən xilas edib 1:1.

 

Bu matçdan sonra xallarının sayını 4-ə çatdıran "İnter Mayami" Şərq Konfransında liderdir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi