Modern.az

\"Fənərbağça\" mübarizəni dayandırdı

\

28 Fevral 2024, 00:26

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, açılış oyununda "Fənərbağça" "Ankaragücü"nün qonağı olub. Rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirlə vidalaşıb.

 

Meydan sahiblərinin heyətində qolları Olimpiu Morutsan, Anastasios Çatzicovannis və Geri Rodriges vurublar.

 

Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi məhz "Fənərbağça" klubu olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu