Modern.az

Millimiz bu gün Litvanı qəbul edəcək

Millimiz bu gün Litvanı qəbul edəcək

İdman

28 Fevral 2024, 09:13

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

 

Modern.az-ın məlumatına görə, yığma Bakı İdman Sarayında Litvanı qəbul edəcək.

 

Qarşılaşma saat 17:00-da start götürəcək. Millimiz daha əvvəl Şimali Makedoniyaya (17:40), sonra isə İspaniyaya (18:38) uduzub.

 

5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var. Litva və Azərbaycanın hesabında xal yoxdur.

 

Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi