Modern.az

“Trabzonspor” yarımfinala vəsiqə qazandı

“Trabzonspor” yarımfinala vəsiqə qazandı

İdman

28 Fevral 2024, 22:51

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

 

Modern.az xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Başakşəhər"i qəbul edib. Görüş "bordo-mavililər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 57-ci dəqiqədə Edin Vişça vurub.

 

"Trabzonspor" yarımfinalda "Qalatasaray" - "Fatih Karagümrük" matçının qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq.

 

Qeyd edək ki, ötən gün "Ankaragücü" "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi