Modern.az

Poqba futboldan uzaqlaşdırıldı

Poqba futboldan uzaqlaşdırıldı

İdman

29 Fevral 2024, 19:33

Milli Antidopinq Tribunalı (NADO Italia) Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanı cəzalandırıb.

 

Modern.az xəbər verir ki, 31 yaşlı oyunçu 4 il müddətinə futboldan diskvalifikasiya edilib. Buna futbolçunun antidopinq qaydalarını pozmağı səbəb olub. Belə ki, Poqba A Seriyasının birinci turunda “Udineze” ilə matçdan sonra dopinq testi verib və orqanizmindəki testosteronun həddən artıq yüksək olduğu üzə çıxıb.

 

Digər bir iddiaya görə, “Yuventus” rəhbərliyi fransalı futbolçu ilə müqaviləni pozmağı düşünür. Onun Turin təmsilçisi ilə sözləşməsi 2026-cı ildə başa çatır.

 

Qeyd edək ki, Pol Poqba Fransa yığmasının heyətində 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatının qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi