Modern.az

“Qarabağ” - “Bayer” matçının biletləri satışa çıxarılır️

“Qarabağ” - “Bayer” matçının biletləri satışa çıxarılır️

29 Fevral 2024, 23:54

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri sabah saat 12:00-dan etibarən Iticket.az-da satışa çıxarılacaq.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir. 

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi