Modern.az

Rövnəq Abdullayev vəzifəsindən bu tarixdə GEDİR - YENİLƏNİB

Rövnəq Abdullayev vəzifəsindən bu tarixdə GEDİR - YENİLƏNİB

İdman

1 Mart 2024, 16:00

Gəncədə AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

 

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, konfransda iki qərar qəbul edilib.

 

AFFA-nın növbəti Hesabat-Seçki Konfransı aprelin 2-nə təyin edilib.

 

Bundan başqa, müvafiq müraciətə əsasən, futbol veteranları - İsmayıl Əliyev, Esmiralda Ələkbərova (həkim), Gəray Qarayev, İqor Ponomaryov, Vaqif Sadıqov və Maşallah Əhmədova təqaüd verilməsi barədə qərar qəbul olunub.

 

İclasda, həmçinin “Kəpəz” Futbol Akademiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.

 

 

***

15:00

 

Rövnəq Abdullayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti postuna namizədliyini irəli sürməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, Gəncə Futbol Akademiyasının açılış mərasimdə məlumat verib.


Qeyd edək ki, R.Abdullayev 2004-2008-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsində çalışıb. 2008-ci il martın 14-də ilk, 2012-ci il martın 9-da ikinci, 2016-cı il martın 11-də üçüncü, 2020-ci il yanvarın 28-də isə dördüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.

 

Məlumatı ilk dəfə oxu.az saytı yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi