UEFA ötən il forma satışından ən çox gəlir əldə edən klubların illik reytinq cədvəlini açıqlayıb.
Modern.az xəbər verir ki, siyahıya 179 milyon avro ilə İspaniyanın "Barselona" klubu başçılıq edir. La Liqanın digər təmsilçisi "Real Madrid" (155 milyon avro) ikinci, Almaniya nəhəngi “Bavariya” isə üçüncü pillədə qərarlaşıb.
Forma satışında ən çox gəlir əldə edən 20 komandanın siyahısı:
1. "Barselona" - 179 milyon avro
2. "Real Madrid" - 155 milyon avro
3. "Bavariya" - 147 milyon avro
4. "Liverpul" - 132 milyon avro
5. "Mançester Yunayted" - 130 milyon avro
6. PSJ- 97 milyon avro
7. "Arsenal" - 89 milyon avro
8. "Çelsi" - 87 milyon avro
9. "Yuventus" - 74 milyon avro
10. "Tottenhem" - 74 milyon avro
11. "Mançester Siti" - 73 milyon avro
12. "Borussiya Dortmund "- 54 milyon avro
13. Milan – 47 milyon avro
14. "Ayaks" - 41 milyon avro
15. "Qalatasaray" - 35 milyon avro
16. "Lids Yunayted" - 35 milyon avro
17. "Seltik" - 34 milyon avro
18. "Fənərbaxça" - 31 milyon avro
19. "Ayntraxt" - 26 milyon avro
20. “İnter" - 26 milyon avro