Modern.az

Cüdoçularımız Daşkənddə medal qazana bilmədi 

Cüdoçularımız Daşkənddə medal qazana bilmədi 

İdman

2 Mart 2024, 20:29

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci gününü medalsız başa vurublar.

 

Modern.az xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın dörd üzvü mükafatçılar sırasına düşə bilməyib.

 

Ömər Rəcəbli (81 kiloqram) üçüncü yer uğrunda görüşdə ukraynalı Mixaylo Svidraka uduzub. Bu gün mübarizəyə qoşulan millinin digər üzvləri - İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) da uğursuz nəticə göstəriblər.

 

Qeyd edək ki, Azərbaycan yığması yarışın ilk günündə də fəxri kürsüdən kənarda qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!