Modern.az

\"Qəbələ\" öz meydanında məğlub oldu

\

3 Mart 2024, 19:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib.

 

Qəbələ stadionunda oynanılan görüş "dənizçilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda isə qolları 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea vurublar.

 

Bu nəticədən sonra xallarının sayını 37-yə çatdıran "Səbail" hələlik ikinci pillədə qərarlaşıb. Bölgə təmsilçisi isə 15 xalla sonuncudur.

 

Qeyd edək ki, günün ikinci oyununda "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Turun ilk üç matçında "Kəpəz" "Sumqayıt"a (3:1), "Sabah" "Araz-Naxçıvan"a (2:0) qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşü isə heç-heçə ilə nəticələnib - 1:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir