Modern.az

İdmançımız beynəlxalq yarışda ikinci oldu

İdmançımız beynəlxalq yarışda ikinci oldu

4 Mart 2024, 10:28

Martın 2-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində "Diamond Cup” beynəlxalq turniri keçirilib.

 

Modern.az xəbər verir ki, yarışlarda ölkəmizi təmsil edən Nərgiz Qənizadə möhtəşəm çıxışı ilə uğura imza atıb.

 

Beynəlxalq yarışmaya vəsiqə qazanmış, öz kateqoriyası üzrə ölkəmizi təmsil edən 11 yaşlı Nərgiz Qənizadə 2-ci yeri qazanaraq Azərbaycanın bayrağını qaldırıb.

 

Qeyd edək ki, N.Qənizadə sabiq millət vəkili, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadənin nəvəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi