Modern.az

"Bayer”in Bakıda mətbuat konfransı və açıq məşqi keçirilməyəcək

İdman

5 Mart 2024, 13:20

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

 

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

 

Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

 

Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi