UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Roma” – “Brayton” oyunundan əvvəl qalmaqal yaşanıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin iki azarkeşi çərşənbə günü axşam saatlarında paytaxt Romada bıçaqlı hücuma məruz qalıb.
Xəsarət alan şəxslərin sözlərinə görə, yeddi nəfər onlara hücum edərək ayaq nahiyəsindən bıçaq zərbələri endirdikdən sonra pulqabı və sənədləri götürərək hadisə yerindən uzaqlaşıblar. Xəstəxanaya çatdırılan zərərçəkənlərin həyatı təhlükəsi yoxdur.
Polisin ilkin məlumatlarına görə, “Roma” azarkeşlərinin insidentlə əlaqəsi olmayıb.
Qeyd edək ki, “Roma” – “Brayton” görüşü Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.