Modern.az

Boksçumuz litvalı rəqibini məğlub etdi

Boksçumuz litvalı rəqibini məğlub etdi

8 Mart 2024, 11:06

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.

 

Modern.az-ın Azərbaycan Boks Federasiyasına istinadən xəbərinə görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/16 finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib.

 

S.Əliyev rəqibinə 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü martın 10-da keçirəcək.

 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin altıncı günündə Azərbaycan millisinin 3 boksçusu rinqə çıxacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi