"Sofascore" statistik portalı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.
Modern.az xəbər verir ki, rəmzi 11-likdə "Qarabağ"ın futbolçusu Yassin Benzia da var.
Ötən gün Bakıda "Bayer"lə heç-heçə etdikləri (2:2) görüşdə 90 dəqiqə meydanda olan əlcəzairli yarımmüdafiəçi oyunda ilk qolu vurub.