Modern.az

“Qəbələ” israilli futbolçu ilə yollarını ayırdı

“Qəbələ” israilli futbolçu ilə yollarını ayırdı

İdman

8 Mart 2024, 16:24

“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.

 

Modern.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

2023-cü ilin iyulundan "qırmızı-qaralar"da çıxış edən legioner komandanın heyətində 23 matç keçirib.

 

G.Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi